Antoni Blinken: "İsrail və HƏMAS arasında əldə olunan razılaşma ciddi irəliləyişdir"


ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında əldə olunan razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb.



AFN.az xəbər verir ki, bu barədə Blinken "X" sosial şəbəkəsində yazıb.

“Bu razılaşma əhəmiyyətli irəliləyişlərə işarə edir. Lakin HƏMAS Qəzzada girovları azad etməyənə qədər biz sakitləşməyəcəyik”, - o qeyd edib.

Dövlət katibi amerikalılar da daxil olmaqla 50 girovun azad edilməsinə dair razılaşmanı alqışlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu