Fələstinli məhbusun ölümündən sonra İsrail həbsxanasında iğtişaşlar başlayıb


38 yaşlı fələstinli məhbus İsrailin Keziot həbsxanasında dünyasını dəyişib.


"Times of Israel" həbsxana xidmətinə istinadən xəbər verir ki, onun 2005-ci ildən hücumla bağlı adam öldürməyə cəhd ittihamı ilə həbsdə olan Fəth hərəkatının üzvü Tahir Əbu Asab olduğu məlum olub.

Xidmətin açıqlamasında bildirilir ki, onun ölümünün hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Həmçinin qeyd edilir ki, qısa müddət sonra başqa bir həbsxanada - Beerşebadakı Ohalei Kedarda iğtişaşlar başlayıb və nəticədə həbsxanada fövqəladə vəziyyət elan edilib.

Məhkumlar döşəklərini və paltarlarını yandırıblar.

Nəzarətçilər yanğınları söndürə və palataları nəzarətə götürə biliblər, xidmətdən bildirilib ki, bir mühafizəçi tüstüdən boğularaq yüngül xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu