İranda qadın həbsxanasında yanğın baş verib


İranın Tehran vilayətindəki Kerçek Qadın Həbsxanasında məhbusların həbsxana rəhbərliyinə etiraz olaraq çarpayılarını və paltarlarını yandırması nəticəsində yanğın baş verib.


Ölkə mətbuatının xəbərinə görə, Kerçek şəhərindəki qadın həbsxanasında yanğın baş verib.

Bildirilib ki, yanğına səbəb edam məhbuslarının həbsxana rəhbərliyinə etiraz olaraq çarpayılarını və paltarlarını yandırması olub.

Ədliyyəyə bağlı Mizan Xəbər Agentliyi də hadisədə can və mal itkisinin olmadığını açıqlayıb.

Rəsmilərin vaxtında müdaxiləsi ilə yanğının qısa müddətdə söndürüldüyü və təcridxanada vəziyyətin normallaşdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu