Bayden APEC nümayəndə heyətlərinin başçılarını gözlətdi

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) nümayəndə heyətlərinin rəhbərləri qağayıların sədaları altında iclas zalına gələn ABŞ prezidenti Co Baydeni gözləməli olublar.
Bu barədə RİA Novosti yazır.
San-Fransiskoda keçirilən sammitdə nümayəndə heyətləri başçılarının yekun iclasının iştirakçıları bir neçə dəqiqə masa arxasında oturaraq Baydenin gəlməsini gözləyiblər. Hazırda ABŞ liderinin zalda qağayıların çığırtıları və fonda musiqi səslənməsi ilə gəldiyi dəqiqləşdirilir.
Qeyd edildiyi kimi, görüş təyin olunan vaxtdan yarım saat gec başlayıb.