Dronlar ABŞ-ın Suriyadakı iki bazasına hücum edib


ABŞ-ın Suriyadakı iki hərbi bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb.



Bu barədə “Al Mayadeen” məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriyanın şərqindəki Rumeylan şəhərinin cənubunda yerləşən Amerika bazası, eləcə də ölkənin şimal-şərqində, Həsəkə şəhəri yaxınlığındakı baza üç pilotsuz təyyarə ilə vurulub.

Bundan əvvəl ABŞ-ın Suriyadakı Koniko bazasına raket hücumu nəticəsində amerikalı əsgərlər həyatını itirmişdi. Raket hücumuna cavab olaraq ABŞ öz vətəndaşlarını və milli maraqlarını qorumaq qabiliyyətini nümayiş etdirmək üçün Suriyada iki obyektə zərbələr endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu