Numan Kurtulmuş: “Üçüncü Dünya müharibəsi ərəfəsindəyik”
“Üçüncü Dünya müharibəsi ərəfəsindəyik”.
AFN.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bosniya və Herseqovinadakı Saraybosna Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, böyük güclər indi güc nümayiş etdirirlər: “Birinci və ikinci dünya müharibəsindən fərqli olaraq, indi əvvəlcə yumşaq güclərdən istifadə olunur”.
N.Kurtulmuş bildirib ki, dünyada islamofobiya meyilləri sürətlə güclənir.
TBMM sədri həmçinin bəşəriyyətin ən çətin dövrlərdən keçdiyini söyləyib.