ABŞ və Səudiyyə Ərəbistanının müdafiə nazirləri Vaşinqtonda görüşüblər


ABŞ müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla görüşüb. O, görüş haqda açıqlama verərək, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artırılması və genişləndirilməsini vurğulayıb.


Pentaqondan verilən açıqlamada Ostin və Bin Salmanın Vaşinqtonda görüşdükləri qeyd edilib.

Görüş zamanı Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsini vurğulayıb.

Səudiyyə Ərəbistanına regional roluna görə təşəkkür edən Austin bölgədəki təhdidlərlə bağlı Səudiyyə Ərəbistanı ilə işləməyə davam edəcəklərini qeyd edib.

Səudiyyə Ərəbistanından olan həmkarına ABŞ-ın İsrailə dəstəyi barədə məlumat verən Ostin ABŞ-ın mülki insanları qorumaq və Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduğunu bildirib.

İki nazir regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu