Avstraliyaya "Black Hawk" helikopter tədarükünü artıracağıq - ABŞ


ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, ABŞ Avstraliyaya "Black Hawk" helikopterinin çatdırılmasını sürətləndirəcək.



Pentaqonun verdiyi yazılı açıqlamaya görə, müdafiə naziri Lloyd Ostin Vaşinqtonda avstraliyalı həmkarı Riçard Marleslə görüşüb.

ABŞ və Avstraliyanın Hind-Sakit Okean bölgəsində bir çox problemlə üzləşdiyinə diqqət çəkən Ostin, "Black Hawk" helikopterinin Avstraliyaya çatdırılmasını sürətləndirəcəklərini qeyd edib.

Xatırladaq ki, iyul ayında Avstraliyada keçirilən təlim zamanı Avstraliyaya məxsus MRH-90 Taipan helikopterinin qəzaya uğraması nəticəsində 4 ABŞ əsgərinin həyatını itirməsindən sonra Avstraliya bütün MRH-90-ların uçuşunu qadağan edib.

ABŞ-dan alınmış və bəziləri Avstraliyaya çatan "Black Hawks"ın MRH-90-ları əvəz etməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu