Çinin texnologiya nəhəngləri İsrailin adını onlayn xəritələrindən çıxarıblar
Çindəki istifadəçilər yerli texnologiya nəhəngləri "Baidu" və "Alibaba"nın HƏMAS-la müharibə fonunda İsrailin adını onlayn xəritələrindən sildiklərini bildirirlər.
"Wall Street Journal"ın yazdığına görə, Çin dilli "Baidu" xəritəsində İsrailin sərhədləri, eləcə də böyük şəhərlər və Fələstin əraziləri göstərilsə də, İsrailin adı yoxdur.
"Today in Israel" portalının məlumatına görə isə hətta Lüksemburq kimi kiçik ölkələrin də göründüyü "Alibaba"ya məxsus "Amap" xidmətinin xəritələrində İsrailin adı yoxa çıxıb.