Şimali Koreya pisləşən iqtisadiyyatı səbəbindən səfirliklərinin bir qismini bağlayıb


Şimali Koreya Anqola və Uqandadakı diplomatik nümayəndəlikləri bağlayıb. Buna səbəb qlobal sanksiyalar nəticəsində iqtisadiyyatın pisləşməsi olduğu deyilir.


Yonhap-ın xəbərinə görə, adı açıqlanmayan Cənubi Koreya Birləşmə Nazirliyinin rəsmisi Şimali Koreyanın "qlobal sanksiyalar nəticəsində pisləşən iqtisadiyyat" səbəbiylə Anqola və Uqandadakı səfirliklərini bağladığı iddia edib.

Pxenyanın iqtisadi vəziyyətinin pisləşməsi səbəbindən ənənəvi müttəfiqləri ilə minimum diplomatik əlaqələri davam etdirməkdə çətinlik çəkdiyini bildirən səlahiyyətli, "Gücləndirilən sanksiyalar səbəbiylə xarici valyuta əldə etmək səyləri yarımçıq qalan Şimali Koreya üçün diplomatik missiyalarını davam etdirmək artıq mümkün deyil. Səfirliklərin bağlanması da bundan xəbər verir" - deyə qeyd edib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın Uqanda və Anqoladakı səfirliklərini bağladığını açıqlayıb.

Bildirilir ki, Anqolanın paytaxtı Luandadakı diplomatik missiyanın rəhbəri səfir Co Pyonq-çol Anqola prezidenti Joao Lourençoya “vida səfəri” edib, Şimali Koreyanın Kampaladakı səfiri Conq Tonq Hak isə Uqanda prezidenti Yoveri Musevenini də ziyarət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu