Qənirə Paşayevanın "Facebook" səhifəsini kim işlədir...


Ötən ay 48 yaşında vəfat edən deputat Qənirə Paşayevanın sosial media hesabının istifadə edilməsi maraqla qarşılanıb. Səhifədə mərhum deputatın xatirəsi ilə bağlı paylaşımlar edilir. Sonuncu dəfə feysbuk səhifəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik paylaşılıb.



Mərhum deputatın səhifəsini kimin və nə məqsədlə işlətdiyi maraq doğurur.

AFN.az xəbər veriri ki, modern.az məsələyə aydınlıq gətirmək üçün Qənirə Paşayevanın köməkçisi ilə əlaqə saxlayıb.

Mərhum deputatın köməkçisi İlahə İsgəndərova saytımıza açıqlama verib. "Qənirə xanımın səhifəsini bacısı Kəmalə xanımla mən idarə edirik", - o deyib.

İ.İsgəndərova paylaşımların daimi olacağını və Qənirə xanımın xatirəsi anılan paylaşımlara üstünlük veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sentyabrın 28-də dünyasını dəyişib. Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu