Qırmızı Xaç: Beynəlxalq tibb qrupu Qəzzaya gəlib


Beynəlxalq Qırmızı Xaç Komitəsi beynəlxalq tibb qrupunun İsrailin intensiv bombardman və blokadası altında olan Qəzza zolağına daxil olduğunu açıqlayıb.


Qurumdan verilən açıqlamada "Beynəlxalq Qırmızı Xaç Komitəsindən 10 nəfərdən ibarət tibbi heyət, təcili döyüş əməliyyatları və silahların səbəb olduğu (ətraf mühit) çirklənməsi üzrə mütəxəssislər Qəzza zolağına gəldi" - deyə bildirilir.

Açıqlamada qeyd olunub ki, bu gün Rəfah Sərhəd Qapısına daxil olan humanitar və tibbi yardım daşıyan 10 TIR-dan 6-sı Beynəlxalq Qızıl Xaç Komitəsinin Qəzza bölməsinə təhvil verilib.

Rəfah Sərhəd Qapısı Mətbuat Ofisinin direktoru Vail Əbu Muhsin Fransa, Almaniya, İtaliya, İspaniya, Danimarka və İsveçrədən 10 həkimdən ibarət xarici tibbi qrupun Qəzzaya daxil olduğunu açıqlayıb.

Əbu Muhsin Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə çatdırılan 6 yük maşınında su, qida və dərman olduğunu bildirib.

Qəzzaya hələ də yanacağın girişinə icazə verilmədiyini vurğulayan Fələstin Qızıl Ayparası bölgəyə çatan yardım maşınlarının sayının 84-ə çatdığını bildirib.

Oktyabrın 7-dən bu yana İsrail tərəfindən sıx bombardman və blokadaya məruz qalan Qəzza zolağına daxil olan yardım maşınlarının lazımi ehtiyaclarla müqayisədə "okeandakı bir damla"nı təmsil etmədiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu