Manatla bağlı vacib xəbər
Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,65 bənd təşkil edib.
AFN.az xəbər verir ki. bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.
Bu sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır.
Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ilin əvvəlində 4,02, keçən il oktyabrın 1-nə 4,72 bənd təşkil edib.