ABŞ-ın əsas birja indeksləri artıb
Nyu-York birjasında ticarət sessiyasından sonra əsas indekslər yüksəlib.
“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 704,81 bənd (2,99%) artaraq 24 242,49 bənd səviyyəsində dayanıb.
ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 75,01 bənd qazanaraq (2,68%) və 2 874,56 bənd səviyyəsində qalıb.
“Nasdaq” elektron birja indeksi isə 117,78 bənd (1,38%) yüksələrək 8 650,14 bəndədək qalxıb.
Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 8,66% (1,72 ABŞ dolları) azalaraq 18,15 ABŞ dolları təşkil edib.