"Fransanın addımlarında radikallaşma gözə çarpır"
Fransanın müstəmləkəçiliyi ilə mübarizədə beynəlxalq təzyiqlər olmalıdır.
AFN.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, artıq Fransa imperialist mövqedən çıxış edə bilmir.
" Ancaq Fransa öz səylərini davam etdirir və radikallaşma gözə çarpır",- deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.