Sabiq müdafiə naziri: HƏMAS ilə müharibə aylar çəkəcək
Bu yaxınlarda ölkənin yeni koalisiya hökumətinə qoşulan İsrailin keçmiş müdafiə naziri Benni Qantz hesab edir ki, HƏMAS ilə müharibə aylar çəkəcək. Onun sözlərinə görə, İsrailin döyüşlərdən sonra bərpası illər çəkə bilər.
AFN.az xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.
“Bu, çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda müharibə aylar çəkə bilər”, - deyə o bildirib.
Sabiq nazir İsrail ordusunun HƏMAS üzərində qələbəsinə əminliyini ifadə edib, lakin hərbçiləri uzun və çətin müharibəyə hazırlaşmağa çağırıb.
Benni Qantzın fikrincə, İsrail xalqı başa düşməlidir ki, yaxın gələcəkdə müharibə şəraitində yaşamalı olacaq.