Ağ Ev: "Bayden İsrailə "sərt suallar" verəcək"


Ağ Ev bəyan edib ki, ABŞ prezidenti Co Bayden Təl-Əvivə səfəri zamanı əsl dost kimi İsrail liderlərinə “sərt suallar” verəcək.



Ağ Evdən verilən açıqlamaya görə, Bayden Tel-Əvivə səfəri çərçivəsində İsrail prezidenti İsaak Hersoq, baş nazir Benyamin Netanyahu və İsrailin döyüş kabineti ilə görüşəcək.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Baydenin səfəri zamanı İsrailin əsl dostu kimi bölgədəki vəziyyətlə bağlı məlumat alacağını, İsrailin hədəfləri və gələcək planları ilə bağlı müzakirələr aparacağını açıqlayıb.

Kirbi, Baydenin İsrail liderlərinə "sərt suallar" verəcəyini, lakin onun tonunun təhdid və ya düşmənçilik deyil, əsl dost kimi olacağını vurğulayıb.

Baydenin mövcud gərginliyin daha da artmasını istəmədiklərini vurğulayacağını qeyd edən Kirbi, millətdən və terror qruplarından asılı olmayaraq gərginliyi artıracaq hər hansı bir vəziyyətin qarşısını almaq istədiklərini ifadə edib.

Digər tərəfdən Kirbi, İsrail-Fələstin münaqişələri zamanı 31 ABŞ vətəndaşının həyatını itirdiyini, 13 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb.

Dövlət katibi Entoni Blinkenin Qəzzaya humanitar yardım çatdırmaq üçün göstərdiyi diplomatik səylərə diqqət çəkən Kirbi bölgəyə yardımın çatdırılması mövzusunda nikbin olduqlarını bildirib.

Kirbi əlavə edib ki, Bayden geri dönərkən Fələstin prezidenti Mahmud Abbas və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu