KİV: Berlində anti-İsrail aksiyası 40 nəfərin saxlanılması ilə başa çatıb


Berlində Fələstinin HƏMAS qruplaşması tərəfdarlarının anti-İsrail aksiyası 40 nəfərin saxlanılması ilə başa çatıb.


Almaniyanın "Bild" nəşri xəbər verir ki, nümayiş Nikelln bölgəsində baş tutub. Bir qadının başçılıq etdiyi qrup ərazidə yürüş keçirmək istəyib, lakin polis yalnız Sonnenallee və Reutherstraße küçələrində İsrail əleyhinə və ya antisemit şüarlar səsləndirməmələri şərti ilə stasionar mitinqə icazə verib.

Polisin tələbi yerinə yetirilməyib, aksiyanın təşkilatçısı da vəziyyəti sakitləşdirmək üçün göstərişlərə əməl etməyib. İştirakçılar İsrail əleyhinə şüarlar səsləndirib, Fələstin bayraqlarını dalğalandırıb və HƏMAS-ın İsrailə hücumunu qeyd ediblər.

Nifrət nümayiş etdirənlərin çoxunun Fələstin tərəfdarı Samidun təşkilatının üzvləri olduğu bildirilir.

Polis sonda mitinqi dağıdıb. Fələstinlilər fövqəladə hallar işçilərini şüşə və daşlarla atəşə tutublar; iki zabit yaralanıb. 40 nəfər saxlanılıb, 6 cinayət işi, 36 inzibati xəta faktı üzrə araşdırma başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu