İsraildə münaqişə qurbanlarının sayı 200-ə çatıb

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi azı 200 nəfərin həyatına son qoyub.
Bu barədə “Jerusalem Post” N12 telekanalına istinadən məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi kontr-admiral Daniel Həcəri Fələstinin Həmas qruplaşmasının yaraqlılarının israilliləri girov götürdüyünü təsdiqləyib. O, neçə nəfərin girov götürüldüyünü, fələstinlilərlə toqquşmalar zamanı itkilərin dəqiq sayını açıqlamayıb.
Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrailə raket zərbələri endirib.