Azərbaycan təmsilçisi Daşkənddə tibbi turizmə dair beynəlxalq seminarda təqdimat edib


Azərbaycan Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tibbi və sağlamlıq turizminə həsr olunmuş beynəlxalq seminarda təmsil olunub.


Bu barədə məlumatı AFN.az-a Azərbaycan Sağlamlıq və Tibbi Turizmə Dəstək Assosiasiyasının sədr müavini Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, bu artıq Daşkənddə keçirilən ikinci belə beynəlxalq tədbirdir ki, Azərbaycan da təmsil olunur.

Ceyhun Aşurov bildirib ki, Liv Bona Dea xəstəxanası tədbirdə tibbi turizm müəssisəsi olaraq Azərbaycan təmsilçisi olaraq iştirak edir. Seminarda MDB məkanından, Avropa və Orta Asiyadan 50-yə yaxın ölkədən 100-dən çox iştirakçı təmsil olunub. Seminarın birinci günü əsasən təqdimatlarla yadda qalıb. Almaniya, Özbəkistan, Qazaxıstan, Rusiya və digər ölkələr assosiasiyalar, hospitallar və sanatoriya-kurort müəssisələri, klinikalar səviyyəsində öz təqdimatını edib. Azərbaycan təmsilçisi Liv Bona Dea xəstəxanası da mövcud imkan və potensialları haqda məlumatları iştirakçılarla bölüşüb.

Tədbirin ikinci günü B&B görüşlərlə davam edib. İştirakçı şirkətlər özləri haqqında məlumatları bir-biri ilə bölüşüblər. Daha sonra tədbir iştirakçıları Daşkənddə yerləşən tibb müəssisələrinə səfər edib onların fəaliyyəti ilə yaxından tanış olublar.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu