NASA-nın 1,2 milyard dollarlıq "Psyche" missiyası bir həftə gecikdi
NASA "Psyche" asteroid missiyasını bir həftə təxirə salB. 1,2 milyard dollarlıq missiya Mars və Yupiter arasında yerləşən "Psyche" asteroidini araşdıracaq.
"Psyche" asteroid missiyası əvvəlcə oktyabrın 5-nə planlaşdırılıb. Space.com-un əldə etdiyi məlumata görə isə "Psyche" oktyabrın 12-də "SpaceX Falcon Heavy" raketində buraxılacaq.
Buraxılışın gecikməsi NASA komandasının "Psyche" kosmik gəmisinin azotlu soyuq qaz itələyicilərinə nəzarət etmək üçün istifadə edilən parametrlərin yoxlanılmasını tələb etməsi ilə əlaqədar olub.
"Psyche" "Falcon Heavy"nin ilk NASA missiyası olacaq.
"Falcon Heavy" NASA-nın Kosmosa Başlatma Sistemindən sonra hazırda istifadə edilən ikinci ən güclü raketdir.
Hər şey planlaşdırıldığı kimi getsə, kosmik gəmi 2029-cu ildə Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən 280 kilometr enində kosmik qaya olan "Psyche"ə çatacaq.
Alimlər hesab edirlər ki, "Psyche" 82,5 faiz metal ehtiva edir. Kosmik obyektdə nikel və qızıl da var.
Hesablamalara görə, bu asteroidin dəyəri 10 min katrilyon təşkil edir.