Türkiyə DİN-in binasına terror hücumu olub, ölən və yaralılar var


Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.


AFN.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb

***

Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.

AFN.az xəbər verir ki, bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib. Hadisə zamanı ölüm və yaralılarla bağlı məlumat verilmir.

Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu