Şəhidin sevgilisi yanında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Qarabağda şəhid olan Vəli Mustafayevin sevgilisi Binəqədi rayon sakini 17 yaşlı Qasımzadə Arzu Kamal qızı sentyabrın 22-də Xırdalanda intihar edib. A.Qasımov yaşadıqları ərazidə yerləşən qəbristanlıqda dəfn olunmuşdu.
AFN.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, dəfnin üzərindən bir neçə gün keçdikdən sonra ailələrin razılığı ilə Arzu Qasımovanın məzarının yeri dəyişdirələcək.
Hazırda Binəqədidə qəbristanlıqda Arzu Qasımzadənin meyiti ekskumasiya edilir və Təzə Pir məscidinə aparılacaq.
Ordan da Ağstafa rayon Qarahəsənli kəndinə aparılacaq. Bir gecə evdə qaldıqdan sonra Şəhid Vəli Mustafayevin yanında dəfn olunacaq. Allah rəhmət eləsin.