8 ildir zibil yığan qadının evindən 2 maşın zibil çıxarılıb - FOTOLAR

Türkiyənin Samsun şəhərində tək yaşayan və səhhətində yaranan problemə görə özünə baxa bilməyən 57 yaşlı imkansız N.E.-nin 8 ildir zibil yığdığı evində təmizlik işləri aparılıb. Evdən 2 maşın zibil çıxıb.
Samsun Böyükşəhər Bələdiyyəsi Sosial Xidmətlər qrupları İlkadım rayonunda yaşayan N.E.-nin evinə gedib və evdə qarşılaşdıqları mənzərə qarşısında təəccübləniblər.
Sosial Xidmətlər Qrupunun N.E. ilə müsahibəsindən sonra məlum olub ki, qadın 8 ildir evdə zibil yığırmış. Qruplar vəziyyətlə bağlı hərəkətə keçərək əvvəlcə zibilxananı tamamilə boşaldıblar.
2 maşın zibil olan ev boşaldıqdan sonra təmizlənərək dezinfeksiya edilib.
N.E. Ailə Sosial Xidmətləri İl Müdirliyi tərəfindən xüsusi qocalar evinə yerləşdirilib.