“Azəriqaz”dan açıqlama

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonentlərə Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün keçirilən “Açıq qapı” günündə məlumat verib.
O bildirib ki, fövqəladə hallar istisna olmaqla qurum olaraq qışa tam hazırdırlar:
“Təbiət hadisələri, sel, daşqınlar baş vermədiyi müddətcə “Azəriqaz” olaraq abonentlərin təbii qazla təchizatı normativlərə uyğun formada aparılacaq”.
Qeyd edək ki, bu ilin 1 sentyabr tarixinə İB üzrə 2 554 min nəfər abonent var, bunun da 2 milyon 513 mini əhali, 41 492-si qeyri-əhali abonent qrupuna aiddir.