Qarabağın erməni sakinlərinin nümayəndələri görüş üçün Yevlaxa gəlib - CANLI YAYIM - YENİLƏNİB


Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.



***09:48

Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan hökuməti ilə görüşmək üçün Yevlax rayonuna gəlir.

AFN.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndələr Yevlaxda Azərbaycan hökuməti ilə görüşəcək.

Məlumata görə, Xankəndidən gələn nümayəndələr artıq Ağdam rayonunu keçib, Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.

Qeyd edək ki, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu