Tehran: "İslam Respublikası Qarabağı Azərbaycanın ərazisi hesab edir"
İran Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyəti dialoq yolu ilə həll etməyə çağırıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Nazirlik rəsmisi Nasser Kanani bildirib ki, region ölkələri fikirayrılıqlarının həllinə kömək edə bilər. İran da öz növbəsində “3+3” formatında (Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyə) görüş keçirməyə hazırdır.
“İslam Respublikası Qarabağı Azərbaycanın ərazisi hesab edir və əmindir ki, bu regionun problemləri, eləcə də əhalinin hüquq və təhlükəsizliyi məsələləri dialoq yolu ilə həll olunmalıdır”.