İran “3+3” formatının bərpasını təklif edir


İran Tehranda Rusiya, İran, Türkiyə və Azərbaycan, Ermənistan, Gürcüstan ("3+3" formatında) xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır.


Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.
Abdullahian regional əməkdaşlığın zəruriliyini vurğulayıb. Söhbət zamanı Qruşko ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu