Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir.
Bu barədə AFN.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Vurğulanıb ki, sentyabrın 20-21-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan olub, Şahdağda qar yağıb.