ABŞ polisi iğtişaşların baş verdiyi islah müəssisəsindən qaçan 9 cinayətkarı axtarır
ABŞ-ın Pensilvaniya ştatında cəzaçəkmə müəssisəsində baş verən iğtişaşdan sonra qaçan 9 cinayətkar axtarışa verilib.
Pensilvaniya ştatının polisi David Beohm, sosial media platformasında verdiyi açıqlamada 14-18 yaş arası kişi cinayətkarlar üçün müalicə proqramı xidmətləri göstərən Abraxas Akademiyasından qaçan 9 gəncin axtarıldığını bildirib.
Caernarvon Polis Departamentindən verilən açıqlamada bildirilib ki, islah müəssisəsindəki iğtişaşdan sonra hadisələrə nəzarət etmək üçün əyalət və yerli polis çağırılıb. Qeyd olunub ki, iğtişaşdan sonra islahxanadan qaçan 9 cinayətkar ağ və ya boz köynək geyinib.
Bəyanatda yerli əhalidən fərarilərlə rastlaşdıqda məlumat vermələri istənilib, lakin üsyanın təfərrüatları ilə bağlı heç bir məlumat verilməyib.