İngiltərədə həbsxanadan qaçan terrorçuluqda günahlandırılan keçmiş əsgər tutulub


Sentyabrın 6-da İngiltərədə həbsxanadan qaçan 21 yaşlı keçmiş əsgər Daniel Abed Khalife paytaxt Londonun qərbindəki Çisvikdə polis tərəfindən saxlanıb.


London Metropoliten Polisindən verilən açıqlamada çərşənbə günü paytaxtdakı HMP Wandsworth həbsxanasından qaçan keçmiş əsgər Xalifin nəzarətə alındığı bildirilib. Açıqlamada polisin Xəlifəni yerli vaxtla saat 11:00 radələrində Çisvik bölgəsində saxladığı qeyd edilib.

O, “partlayıcı buraxmaq”, “rəsmi məlumat yaymaq” və “terrorda şübhəli bilinən şəxslərlə əlaqə saxlamaq” ittihamları ilə saxlanılıb.

Yanvarın 27-də ilk dəfə hakim qarşısına çıxarılan və barəsində həbs qətimkan tədbiri seçilən Xəlifə, "terror aktı törətməsi və ya təhrik etməsi gözlənilən şəxsə məlumat vermək", "şübhəli əşyaları yerləşdirmə", "partlayışa və ya yanğına səbəb olmaq və özünə, başqalarına və ya əmlaka zərər vurmaq" və "rəsmi sirlər haqqında qanunu pozaraq düşmənlərin xeyrinə məlumat, sənədlər, qeydlər, nəşrlər təqdim etmək və insanlarla əlaqə saxlamaq"da günahlandırılıb.

Mayın 22-də ona qarşı irəli sürülən ittihamlara görə hərbi xidmətdən uzaqlaşdırılan Xəlifənin məhkəməsinin növbəti iclasının noyabrın 13-də keçirilməsi planlaşdırılır.

Xalifin qaçdığı HMP Wandsworth həbsxanası ölkənin ən böyük həbsxanalarından biri kimi tanınır. Keçmişdə yazıçı Oscar Wilde, Wikileaks-in qurucusu Culian Assange və alman tennisçi Boris Becker kimi adların qaldığı həbsxanada yalnız kişi məhbuslar saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu