ABŞ-da evdə partlayış: 4 nəfər öldü


ABŞ-ın Pensilvaniya ştatında bir evdə baş verən partlayışda 4 nəfərin ölub, rəsmilər 1 nəfərdən xəbər alınmadığını açıqlanıblar.


“The New York Times”ın xəbərinə görə, Pensilvaniya ştatının Plum şəhərindəki evdə baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Partlayışın təsiri ilə 3 ev dağılıb, ətrafdakı bir çox evə ziyan dəyib.

Plum Polis İdarəsindən verilən açıqlamada xəsarət alan 2 nəfərin vəziyyətinin stabil, 1 nəfərin isə həyati təhlükəsi olduğu qeyd edilib.

Hadisə ilə bağlı polis araşdırmaları davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu