“Maskalar düşür, reallıq isə qalır!” - Hikmət Hacıyev


"Bu gün səhər saat 07:00 radələrində BQXK-nın yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib”.



AFN.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.

Onun sözlərinə görə, Ağdam-Əsgəran-Xankəndi yolu açıq, işləkdir və belə olmalıdır: “Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dönməz mövqeyidir! Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, blokada deyilən bir şey yox idi, ancaq Ermənistan və qeyri-qanuni marionet rejimi, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli media tərəfindən səhv yönləndirmə, manipulyasiya və çaşdırmaq məqsədi ilə humanitar məsələlərin siyasiləşdirilməsi var idi! Maskalar düşür, reallıq isə qalır! Azərbaycanda boz zonalara yer yoxdur!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu