İran İsveç diplomatının həbsini təsdiqlədi


İran İsveçin Avropa İttifaqının (Aİ) əməkdaşı Yohan Floderusun ölkədə saxlanıldığını təsdiqləyib.


İran dövlət televiziyasının məlumatına görə, Məhkəmə Hakimiyyətinin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Setayeşi diplomat Yohan Floderusun 500 gündür İranda saxlanılması ilə bağlı suala belə cavab verib:

"Bu İsveç vətəndaşı İran ərazisində törətdiyi cinayətlə bağlı ibtidai istintaqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Onun işi ilə bağlı prokurorluq tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələri yaxın günlərdə səlahiyyətli məhkəməyə göndəriləcək".

Setayeşi AB rəsmisinə qarşı ittihamlarla bağlı məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu