İsveçli Aİ diplomatı İranda həbs edilib
Avropa Birliyi İsveçin Aİ Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderusun İranda 500 gün həbsdə olduğunu açıqlayıb.
Bu barədə qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell İspaniyanın Kadiz şəhərində keçirilən Aİ İnkişaf Nazirləri Toplantısı öncəsi açıqlama verib.
AB diplomatı Floderusun qanunsuz olaraq saxlanıldığını qeyd edən Borrell "Şəxsən mən, bütün komandam və bütün Aİ qurumları, prioritet konsulluq mühafizəsinə cavabdeh olan İsveç rəsmiləri və ailəsi ilə sıx əlaqədəyik" - deyə bildirib.
Floderusun sərbəst buraxılması üçün İran səlahiyyətlilərinə təzyiq etdiklərini ifadə edən Borrell Floderus azad edilənə qədər məsələni izləyəcəklərini bildirib.
“The New York Times” qəzeti Avropa İttifaqının Xarici Əlaqələr Xidmətində çalışan 33 yaşlı isveçli Yohan Floderusun 2022-ci ilin aprelində turist kimi getdiyi İranda həbs olunduğunu yazıb.
İran 2022-ci ilin iyulunda Floderusun adını çəkmədən bir İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlamışdı.