İranın keçmiş prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb
"Tasnim" agentliyinin məlumatına görə, bunu İran Ədliyyə Qurumunun sözçüsü Məsud Setayeşi bildirib.
"İranın keçmiş prezidenti, ruhani rütbəsinə malik olan Ruhaniyə qarşı müvafiq yurisdiksiyasını özündə saxlayan Ruhanilər üzrə Xüsusi Prokurorluqda, eləcə də keçmiş prezidentin işlədiyi müvafiq qurumda bir neçə iş qaldırılıb. Eks-prezident bir sıra suallara cavab verməlidir", - deyə Setayeşi qeyd edib.
O, işin Ruhaninin valyuta fırıldaqları, eləcə də İran fond bazarına müdaxiləsi səbəbindən başlandığını da qeyd edib.