Fatih Terimdən ona forma imzalatdıran Reynmenə güldürən tövsiyə - VİDEO


Türkiyəli futbol məşqçisi Fatih Terim sosial media fenomeni Reynmenin formasını imzalayıb və ona xüsusi bir kommersiya məsləhəti verməyi də unutmayıb.



AFN.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Reynmen Fatih Terimdən formasını imzalamağını istəyib.

Fenomen böyük həyəcanla imzasını almağı gözləyərkən, bunu izləyənlərdən biri gülərək “Əfəndim, kaş imzaların pulunu alsaydı...” deyib.

Ardınca Terim formaya imza atdıqdan sonra Reynmenə üz tutaraq, "Başın sıxışanda ​​sat!" deyərək ətrafdakıları güldürüb.

Sözügedən anları təqdim edirik.

[video=]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu