Belarus bu Avropa ölkəsindəki səfirliyini bağlamaq qərarına gəlib
Belarus hökuməti Slovakiyadakı səfirliyini bağlamaq qərarına gəlib.
Müvafiq qərar respublikanın dövlət portalında yerləşdirilib.
“Belarus Respublikasının Slovakiya Respublikasındakı səfirliyinin bağlanması haqqında” sənədin məzmununa hələlik giriş yoxdur. Qərar sentyabrın 8-də qəbul edilib və sentyabrın 12-dən qüvvəyə minəcək.
Hələ avqust ayında Belarusun Bratislavadakı səfirliyinin saytında sentyabrın 1-dən diplomatik nümayəndəlikdə konsulluq qeydiyyatında olan bütün vətəndaşların Belarusun Avstriyadakı səfirliyində qeydiyyata alınacağı bildirilmişdi.
Bundan əvvəl Belarusun diplomatik nümayəndəliklərinin xaricdə yaşayan respublika vətəndaşlarına pasportların yenilənməsini və yeni verilməsini dayandıracağı məlum olub. İndi bunu yalnız yaşayış yeri üzrə son qeydiyyat yeri üzrə daxili işlər orqanlarında etmək mümkün olacaq.