Polşa Belarusu sərhədçilərə hücum etməkdə ittiham edib


Polşa Sərhəd Mühafizəsi bildirib ki, onun Dubiçe Tserkiewne şəhəri yaxınlığındakı patrul şənbə günü Belarus tərəfindən hücuma məruz qalıb.


"Newsweek"in yazdığına görə, Belarus geyimində olan insanlar üzlərini maskalar altında gizlədərək Polşa sərhədçilərinə daş atıblar.

Departamentdən verilən açıqlamada bildirilir ki, yeddi nəfərdən ibarət qrup silahlanıb və hərbçilərin gözlərini kor etmək üçün fənərlərdən istifadə edib. Eyni zamanda, hücum edənlər sərhədi keçmədən Belarus ərazisində qalıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu