Hindistan G20 prezidentliyini Braziliyaya təhvil verib


Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammitində Hindistan G20-nin müddətli sədrliyini Braziliyaya təhvil verib.


G20 Liderlər Sammitinin yekun iclasında Hindistanın baş naziri Narendra Modi prezident toqunu Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G20-nin müddətli sədrliyi Braziliyaya keçib.

Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G20 dövr sədrliyi 2025-ci ildə Cənubi Afrikaya, 2026-cı ildə isə ABŞ-a keçəcək.

Braziliya 2024-cü ildə sədrliyi dövründə yoxsulluq, davamlı inkişaf, Beynəlxalq Valyuta Fondunun (BVF) və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qlobal təsisatlarında islahatlara üstünlük verəcək.

Digər tərəfdən, Hindistanın baş naziri Narendra Modi yekun nitqində noyabr ayında onlayn liderlər sammitinin keçirilməsini təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu