Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.
AFN.az-ın məlumatına görə, ona Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.
Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.