Keniya bütün ölkələr üçün vizanı ləğv etməyi planlaşdırır
Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza azadlığı verməyi planlaşdırdığını açıqlayıb.
Paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib.
Ölkəsinin bütün bəşəriyyətin evi olduğunu bildirən Ruto, "br neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırdıqlarını deyib.
Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.