Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bir hissəsindəki problem aradan qaldırılıb - FOTO


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.



AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yaranan problemin aradan qaldırılması üçün dərhal Agentliyin əməkdaşları ərazilərə cəlb olunub, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu