İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir


Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.



AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün Agentlik tərəfindən işlər aparılır.

Artıq yolun 15.8-ci km-lik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu