İradə Həsənzadə son hökmünü oxudu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.
AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xanım hakim yaşla bağlı təqaüdə göndərilib.
İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub. Belə ki, hakimin hökmünə əsasən, külli miqdarda dələduzluqda ittiham edilən A.Novruzova 5 il 6 ay müddətinə şərti cəza (elektron qolbaq taxılmaqla azadlığın məhdudlaşdırılması) verilib.
İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Qeyd edək ki, bu ilin mayında İradə Həsənzadənin 65 illik yubileyi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində tədbir də keçirilib.