Litva Baltik dənizində hədəflərə atəşlə təlimlər keçirəcək


Litvada Bundesver hərbçiləri tərəfindən Baltik dənizində yerləşən hədəflərə atəşlə artilleriya təlimləri keçiriləcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baltik Respublikası ordusunun komandanlığı məlumat yayıb.

“Çərşənbə axşamı və çərşənbə günü (29 və 30 avqust) Kairiai poliqonundan Baltik dənizi sahillərindən 15-25 km aralıda yerləşən hədəflərə 155 millimetrlik PzH 2000 haubitsaları atılacaq”, - deyə məlumatda bildirilir.

Təlimdə 100-dən çox atəş açılacaq. Baltik dənizində keçirilən təlimlər müddətində naviqasiya məhdudlaşdırılacaq və hava məkanının bir hissəsi bağlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu