Koronavirusla bağlı xəbərdarlıq- Yoluxma arta bilər/RƏSMİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də pandemiyanın bitməsi ilə bağlı məlumat yaysa da hazırda koronavirusun Omikron ştamının yeni "Eris" variantı yayılmağa başlayıb.
AFN.az xəbər verir ki, bu variant Çin, ABŞ, Yaponiya, Fransa və İspaniya da daxil olmaqla daha 51 ölkədə müşahidə olunur.
Artan istiqamətdə irəliləyən virus insanlarda qorxu yaratmağa başlayıb. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı real tv-yə bildirib ki, təşkilat virusu yaxından izləyir və koronavirusun yeni vairantı sürətlə yayılsa da öldürücü deyil: "Bu virusun özəlliyi ondan ibarətdir ki, sürətlə yayılır. Lakin ölümlərin sayını artırmayıb. Geniş yayılsa da xəstəliyin ağırlaşması müşahidə olunmur.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) əməkdaşı Turan İbrahimova isə qeyd edib ki, koronavirusun yeni variantına Azərbaycanda rast gəlinməyib. O həmçinin deyib ki, virusun xüsusiyyətlərinə uyğun olaraq yoluxma həm arta, həm də azala bilər.