Nigerdəki üsyançılar Qvineyadan daha çox dəstək gözləyirlər
Nigerdə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn üsyançılar Konakriyə səfəri zamanı Qvineya hakimiyyətindən ölkəyə dəstəyin artırılmasını istəyiblər.
AFN.az-ın məlumatına görə, bu barədə Qvineyanın RTG kanlı məlumat yayıb.
Mənbə qeyd edib ki, üsyançıları Qvineyanın keçid dövrü prezidenti Mamady Dumbua qəbul edib. Kanal Niger nümayəndə heyətinə rəhbərlik edən general Moussa Salau Barmunun Nigerin gələcək çətinliklərlə üzləşməməsi üçün Qvineyadan daha çox dəstək istədiyini bildirib.
Qvineya Nigerdəki üsyançılara dəstək verən ilk ölkə olub. Onun səlahiyyətliləri dövlət çevrilişi iştirakçılarından ölkədə sabitlik və harmoniya təminatı gözlədiklərini bəyan ediblər.
Bundan əvvəl məlum olub ki, Nigerdə dövlət çevrilişi edən üsyançılar Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) şərtlərini qəbul etməkdən imtina edirlər.