Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini dayandırıb
Afrika İttifaqının (AB) Sülh və Təhlükəsizlik Şurası Nigerin təşkilatdakı fəaliyyətini dayandırmağa qərar verib.
AFN.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
“Niger Respublikasının Afrika İttifaqının, onun orqanlarının və təsisatlarının bütün fəaliyyətlərində ölkədə konstitusiya quruluşu effektiv şəkildə bərpa olunana qədər fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib”, - deyə qurumun bəyanatında bildirilir. Müvafiq qərar AB Sülh və Təhlükəsizlik Şurasının avqustun 14-də keçirilən iclasında qəbul edilib.
AU Sülh və Təhlükəsizlik Şurası Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdə sülh yolu ilə nizamı bərpa etmək səylərini dəstəkləyir.
Şuranın bəyanatında deyilir: "Biz ECOWAS-ın Nigerdə asayişi diplomatiya yolu ilə bərpa etmək səylərini dəstəkləyirik".
Qurum həmçinin beynəlxalq ictimaiyyəti Nigerdəki hərbi çevrilişin legitimliyini tanımamağa çağırıb.