Mavritaniya Nigerdəki çevrilişi dəstəkləmir


Mavritaniya hökuməti Nigerdəki hərbi çevrilişi rədd etdiyini bəyan edib.


Mavritaniya hökumətinin sözçüsü Nani Vild Şiruka bildirib ki, prezident Məhəmməd Vild Şeyx əl-Qazvani Nigerdəki hadisələri yaxından izləyir.

Şiruka "Qəzvani regionun bütün dövlət başçıları ilə birbaşa əlaqədədir. Mavritaniya istər Afrikada, istərsə də başqa yerlərdə konstitusiyaya zidd düzəlişin əleyhinədir" - deyə bildirib.

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu